BAYRAQDAR MEDİA – Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.