Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə dövlət başçıları arasında telefon əlaqəsi

İlham Əliyev və Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – Sentyabrın 10-da qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

“Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.