Press "Enter" to skip to content

YARAT-da “Savadsızlığın aradan qaldırılması” əsəri

Savadsızlığın aradan qaldırılması

BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Mərkəzi Kommünike layihəsinin növbəti buraxılışında Azərbaycan SSR Əməkdar rəssamı Əli Verdiyevin “Savadsızlığın aradan qaldırılması” əsəri haqqında məlumat təqdim edib.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Bələdçi Fatimə Yusifovanın təqdimatında nümayiş olunan videoda bildirilir ki, əsər YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyindəki “Çəhrayı-Qara” sərgisində nümayişdə olunur. Təqdimatda bildirilir ki, “sözügedən əsər 1970-ci ilə aiddir. Çoxfiqurlu, original kompozisiyalı və müxtəlif insan fiqurları ilə zəngin tablo müəllifə şöhrət gətirən əsərlərdən biri olub. İnqilabdan sonra Azərbaycanda və digər Sovet respublikalarında, xüsusilə müsəlmanların çoxluq təşkil etdiyi respublikalarda qadınlar üçün şəkildə göstərildiyi tipli məktəblər tikilməyə başlanılıb”.

Qeyd edək ki, əsərin özü ilə birlikdə eskiz versiyası da “Çəhrayı-Qara” sərgisində ekspozisiyadadır.

Mission News Theme by Compete Themes.