BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solisti Eleonora Mustafayeva Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Daşkənddə keçirilən təntənəli mərasimdə iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “beş gün davam edən silsilə tədbirlərdə Azərbaycanı layiqincə təmsil edən aktrisa türk ölkələrinin tanınmış opera müğənniləri – Şirin Mamatova (Özbəkistan), Zarina Altınbayeva (Qazaxıstan), Demet Gürkan (Türkiyə), Zaira Raimbekova (Qırğızıstan), Ayna Seyirkuleva (Türkmənistan) ilə eyni səhnəni bölüşüb. E.Mustafayeva Özbəkistanın simfonik orkestrinin müşayiəti ilə “Azərbaycan elləri” (Fikrər Əmirov) mahnısını oxuyub. Sonda “Sopranoların paradı”nda səhnəyə çıxan vokalçılar “Silva” (İmre Kalman) operasından bir parça ifa ediblər”.
Qeyd edək ki, aktrisa bu tədbirə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəvəti ilə qatılıb.