BAYRAQDAR MEDİA – “Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında belə deyilir.
Məlumata əsasən, əraziyə dərhal agentlik tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri həyata keçirilib: “Hazırda yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görülür. Artıq yolun 15.8-ci kilometrlik hissəsində yol təmizlənərək hərəkət bərpa olunub”.