Son yeniləmə: 8 Sentyabr 2023 15:17
BAYRAQDAR MEDİA – Kərkükdə gərginlik davam edir.
Bu arada İraq Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, Kərkük vilayətində baş verən son hadisələrin nəticələrini birbaşa qiymətləndirmək üçün əraziya yüksək rütbəli hərbçilər göndərilib.
Türkmeneli TV xəbər verir ki, bu, Kərkükün təhlükəsizlik vəziyyətinin həssaslığını ortaya qoyur: “Əldə edilən məlumata görə, Baş Qərargah rəisi Əbdüləmir Yarallah və Quru Qoşunları komandanı, general-mayor Kasım Əl-Məhmmədiyə Kərkük vilayətinə gələrək təhlükəsizlik vəziyyətinə birbaşa nəzarət etmək tapşırılıb. Bu iki yüksək rütbəli şəxsin Kərkük vilayətində baş verən hadisələrin və təhlükəsizlik təhdidlərinin ciddiliyini anlamaq və lazımi tədbirləri görmək üçün təyin olunması regionda vəziyyətin nə qədər kritik olduğunu göstərir”.
İraq Müdafiə Nazirliyinin rəsmiləri bölgədəki vəziyyəti yaxşılaşdırmaq və sabitliyi təmin etmək üçün lazımi addımları atmağa davam edəcəklərini bəyan ediblər.