Son yeniləmə: 8 Sentyabr 2023 15:18
BAYRAQDAR MEDİA – Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat Türkiyə ilə Qazaxıstan arasında gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi haqqında qanunu təsdiqləyib.
Kırım Haber Ajansı xəbər verir ki, Senat Baş Assambleyanın 7 sentyabr 2023-cü il tarixli iclasında müvafiq sənədi qəbul edib.
Qazaxstanlı senator Nuriyyə Niyazova “Bu qanunun qüvvəyə minməsi iqtisadi və ictimai maraqların qorunması, gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi və vergi ödənişlərinin həcminin əhəmiyyətli dərəcədə artırılması məqsədilə tərəflər arasında əməkdaşlığın səviyyəsini yüksəldəcək” deyib.
Nuriyyə Niyazova qeyd edib ki, sözügedən qanunla iki ölkə arasında yük və nəqliyyat vasitələrinin daşınması təhlükəsiz və sürətli şəkildə həyata keçiriləcək.
Bildirilib ki, Qazaxıstan Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələr xaricində Çindən sonra ən çox Türkiyə ilə ticarət edir. O, 2023-cü ilin ilk 6 ayında ikitərəfli ticarət həcminin təxminən 3 milyard dolları keçəcəyinə diqqət çəkib.