Press "Enter" to skip to content

Ermənilər yenə də silahlı təxribat törədib

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Daha sonra bildirilir ki, “bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb”.

O da əlavə edilir ki, “saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”.

Mission News Theme by Compete Themes.