Son yeniləmə: 8 Sentyabr 2023 17:06
BAYRAQDAR MEDİA – Qazaxıstan Senatının deputatı Akmaral Alnazarova ölkənin tibb universitetlərində kadr hazırlığı üçün qrantların məbləğinin artırılmasını təklif edib.
Bu barədə Kazinform xəbər verib.
“Bununla belə, qeyd etmək lazımdır ki, göstərilən qiymət 2021-ci ildən qəbul edilən tələbələrə şamil edilir və 4-cü kurs və ondan yuxarı təhsil alan tələbələr üçün qrantların dəyəri 10 il ərzində yenidən nəzərdən keçirilmir və cəmi 609 min tengedir. Eyni zamanda, bu gün tibb mütəxəssisinin hazırlanmasının dəyəri bir tələbə üçün 2 milyon tengəyə çatır”, – deyə Senatın plenar iclasında Akmaral Alnazarova bildirib.