Press "Enter" to skip to content

Azərbaycan səfirinin cavabı “Economist”də

Son yeniləmə: 8 Sentyabr 2023 10:17

BAYRAQDAR MEDİA – Son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına və əsassız iddialara cavab olaraq səfir Elin Süleymanovun “Economist” jurnalına ünvanladığı məktub dərc edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfrlikdən məlumat verilib.

Bildirilib ki, “cavab məktubdunda qeyd olunur ki, əslində Laçın yolu ətrafında baş verən proseslər ermənilərin daxili siyasi qarşıdurmasının nəticəsidir. Radikal və separatçı ermənilər Azərbaycanın Qarabağ bölgəsində erməni əhalini girov tutaraq süni şəkildə yaratdıqları humanitar “fəlakətdən” istifadə etməklə və məsələni siyasiləşdirməklə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına mane olmağa çalışırlar. Separatçılar tərəfindən Ağdam yolunun bağlanması və Azərbaycanın göndərdiyi humanitar yardımdan imtina edilməsi buna əyani sübutudur”.

Eyni zamanda bildirilir ki, separatçıların bu siyasi şousu Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verir: “Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatlarına baxmayaraq Laçın yolundan sui istifadə etməklə erməni əsgərləri və minaları Azərbaycan ərazisini keçirilmişdir. Həmçinin vurğulanırki, çoxmillətli ölkə olaraq Azərbaycan digər vətəndaşları kimi yerli ermənilərə bərabər hüquqlu inteqrasiya təklif edir. Azərbaycan və Ermənistana arasından sülhün əldə edilməsinin regionda sabitliyin və rifahın yeganə çıxış yolu olduğu vurğulanır. Əks təqdirdə erməniləri yalnız qeyri-sabitlik və tənəzzül gözləyir”.

Mission News Theme by Compete Themes.