Press "Enter" to skip to content

8 sentyabr Ümumdünya Fizioterapiya Günüdür

Təranə Məmmədova

Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin şöbə müdiri, həkim-fizioterapevt Təranə Məmmədova: Fizioterapiya bir sıra xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm prosedurdur və profilaktika vasitəsidir

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin şöbə müdiri, həkim-fizioterapevt Təranə Məmmədova Ümumdünya Fizioterapiya Gününün tarixi, bir çox xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “T.Məmmədova öncə 8 sentyabr – Ümumdünya Fizioterapiya Günü ilə bağlı danışıb: “1951-ci ilin sentyabrında dünya əhalisi arasında sağlamlığa qayğı və onun qorunması barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Kopenhagendə Beynəlxalq Fizioterapiya Konfederasiyası yaradılıb. 1996-cı ildə Ümumdünya Fiziki Terapiya Konfederasiyası həmin günü Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib””.

O, bir neçə xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunduğunu deyib: “Müasir dövrdə fizioterapiya tibbin əvəzolunmaz sahəsidir. Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir. Fizioterapiya zamanı günəş şüası spektrləri, elektrodalğaları, maqnit və ultrasəs dalğalarını müxtəlif aparatlardan istifadəsi nəzərdə tutulur. Eyni zamanda, fizioterapiya müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklərə həzm orqanları xəstəlikləri, sinir sistemi, tənəffüs, ginekoloji, urolojı, cərrahi, oynaq xəstəlikləri və s. xəstəliklər aiddir”.

Daha sonra xəbərdə, “həkim fizioterapiyanın qeyri-invaziv üsullarla aparılmasının onun üstünlüyündən xəbər verdiyini deyib. Həmçinin o vurğulayıb ki, bu müalicə metodu ilə xroniki xəstəliklərin remissiya dövrünün uzadmaqla, bilavasitə patolojı proses nahiyəsinə təsir göstərmək mümkündür. Bundan başqa T.Məmmədova bildirib ki, fizioterapiya kursundan sonra müalicənin effekti nəinki uzun müddətli (1-6 ay), hətta daha çox qalır: “Bir çox xəstəliklərin ilkin dövründə müraciət edildiyi halda, cərrahi müdaxiləyə ehtiyac yaranmır və fizioterapiya ilə sağalmaq ehtimalı artır. Hazırda geniş yayılmış xəstəliklərdən biri də fəqərələrarası disk qabarması və yırtığıdır. Kiçik fəqərələrarası disk yırtığının yerləşməsi, foraminal, yəni sinirin kanalardan çıxan dəliklərində ola bilər. Bu da kəskin ağrılarla müşahidə olunur. Belə hallarda xəstəyə cərrahi müdaxilə göstərişdir”” deyə qeyd olunur.

Fizioterapevt uşaq və yeniyetmələrdə sümük sağlamlığının hansı yaş aralığında daha önəmli olduğunu və bu yaş aralığında qidalanmada diqqət edilməli məqamları da açıqlayıb: “Kalsium və fosfat duzlarının çökməsi nəticəsində minerallaşan sümük öz struktur möhkəmliyini yaradır. Döldə sümüyün 1/3 hissəsinin mineralaşması hamiləliyin üçüncü ayında bətndaxili baş verir. Doğuşdan başlayaraq yetkinliyədək (orta hesabla qızlar üçün 12,5 yaşa, oğlanlar üçün isə 14 yaşadək) sümüyün mineral tərkibi 40 dəfə artır. 18 yaşında isə sümük kütləsi təxminən 90% artır. Sümüklərin saglamlığı səhhətin ümumi vəziyyəti üçün çox vacibdir. Mütəmadi olaraq fiziki təlimlər, balanslaşdırılmış pəhriz, zərərli vərdişlərdən imtina edilməlidir. Sümüyün möhkəmlənməsinə və quruluşuna kömək edən əsas qidalara kalsiumla zəngin olan qidalar, qoz, findıq məhsulları, çia toxumu, kətan, balqabaq, küncüt, brokoli, kələm və ispanaq, paxlalı bitkilər və balıq növləridir”.

Həkim valideynlərə uşaqlara şəxsi gigiyena qaydaları haqqında anlayış aşılamağın tövsiyə olunduğunu deyib. Eyni zamanda, o bildirib ki, uşaqlar mütəmadi olaraq açıq havada gəzməlidirlər. Həmçinin o qeyd edib ki, insan orqanizmində D vitamininin 90%-i günəş işığının təsiri altında dəri altında sintez olunur, əgər dəriyə günəş şüası düşmürsə, o zaman D vitaminin hasilati zəif olur.

T.Məmmədova həkim təyinatı olmadan ev şəraitində edilən müxtəlif idman hərəkətləri haqqında da danışıb: “Qeyd etmək istəyirəm ki, yoqa, pilates və fitnes proqramlarında təcrübəsiz insanlar üçün tövsiyə olunmayan hərəkətlər var. Təəssüflər olsun ki, əksər hallarda insanlar yalnız kəskin ağrılar zamanı həkimə müraciət edirlər. İdman müalicə növüdür, eyni zamanda idman fərdi şəkildə planlaşdırılmalıdır. Xüsusi ilə dayaq hərəkət sistemi xəstəliklərində (skolioz, kifoz, fəqərələrarası disk yırtığında) daha diqqətli olmağınız tövsiyə olunur”.

Mission News Theme by Compete Themes.