Son yeniləmə: 7 Sentyabr 2023 12:22
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən artıq 3-cü ildir ki, həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsi şəhid övladlarını sevindirməyə davam edir. Bu dəfə də ölkənin bütün bölgələrindən olan 1000-dən çox şəhid övladı bir illik məktəbli ləvazimatları ilə təmin ediləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentybrın 7-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “qutuların ünvanlara çatdırılması prosesinə bir həftədir ki, start verilib. Hədiyyələrin paylanması 15 sentyabr tarixinədək davam edəcək. Layihənin əsas sponsoru “Bakcell”, logistika dəstəkçisi isə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics”dir”.