Press "Enter" to skip to content

Səhiyyə Nazirliyində Pakistan universitetinin rəhbərliyi ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində dost Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) rektoru Qulam Abbas Miananın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb. Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan nazir qeyd edib ki, bu istiqamətdə də qarşılıqlı fəaliyyət beynəlxalq müstəvidə – Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. T.Musayev həmçinin Azərbaycan Tibb Universitetinin Pakistanın RIU ilə fəal əməkdaşlıq etdiyini deyib. Onun sözlərinə görə, bu ilin oktyabrında Bakıda iki universitetin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri vahid platformada birləşdirən Tibb təhsili üzrə beynəlxalq konfrans da keçiriləcək. Çıxışının sonunda nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib”.

Öz növbəsində Q.A.Miana vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. RIU-nun rektoru bildirib ki, iki qardaş ölkə arasında səhiyyə sahəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur. O, həmçinin Tibb təhsili üzrə ilk beynəlxalq konfransın (International Conference on Medical Education – ICME) 2009-cu ildə Pakistanın paytaxtı İslamabadda keçirildiyini deyib”.

Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin perspektivləri də müzakirə edilib.

Mission News Theme by Compete Themes.