Press "Enter" to skip to content

Oktyabrda Kosova Sülhməramlı Qüvvələrinin komandanlığı Türkiyəyə keçir

BAYRAQDAR MEDİA – Türkiyənin Milli Müdafiə Nazirliyi NATO-nun tələbi ilə ehtiyat birlik olaraq Kosovaya göndərilən 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının komando batalyonunun missiyasını uğurla başa vurduğunu və Türkiyəyə dönəcəyini açıqlayıb.

Məlumati Kırım Haber Ajansı yayıb.

Məlumata görə, nazirlikdən edilən yazılı açıqlamada bu barədə bildirilib.

Bundan əlavə, Kosovo Sülhməramlı Qüvvələrinin (KFOR) komandanlığının 10 oktyabr 2023-cü il tarixindən etibarən bir il müddətinə Türkiyəyə keçəcəyi vurğulanıb.

Mission News Theme by Compete Themes.