BAYRAQDAR MEDİA – Xətai Sənət Mərkəzində Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində gənc nəsildə yaradıcı düşüncənin inkişafına xidmət məqsədi ilə ənənəvi “Mənim düşüncəm” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur.
Bu haqda ADRQ-nın yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə deyilir ki, “9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan şəxslər 2023-cü il oktyabrın 2-dək əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı ,təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini dusuncem23@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilər. Seçimdə fərqli fikir və yaradıcı düşüncəli yaradıcılıq nümunələrinə üstünlük veriləcək. Müsabiqəyə təsviri və tətbiqi sənət nümunəsi ilə yanaşı, bir texnologiya ilə də qatılmaq olar. Müsabiqədə təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn, azgallery.az) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək. Həmçinin seçim müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq. Mövzu, ölçü və texnika sərbəstdir. Müsabiqəyə əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, maksimum 2 əsər göndərilməlidir”.
Bildirək ki, müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Qeyd edək ki, müsabiqəyə son qeydiyyat oktyabrın 5-dir.