BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Ayrı-seçkiliyə Qarşı Komissiyasının (AÖK) dərsliklər bağlı açıqlması yayılıb. Açıqlamada deyilir ki, komissiyanın tövsiyəsinə əsasən, Təhsil və Elm Nazirliyi 2023-2024-cü tədris ili üçün bütün dillərdə icbari və seçimli ibtidai sinif dərsliklərini təmin etməli idi.
Yeni Balkan xəbər verir ki, Komissiya Təhsil Nazirliyinə ən geci 31 avqust 2023-cü il tarixinədək dərsliklərlə bağlı hesabat təqdim etməyi xahiş edib: “AÖK-yə təqdim edilən hesabata görə, oxu ilinin əvvəlində 126 dərslikdən yalnız 83-nün tədarük edildiyi, 43 kitabın isə hələ də çatışmadığı bildirilib. Hesabata görə, yalnız birinci və ikinci siniflər istisna olmaqla, bütün siniflərdə makedon, alban, türk, serb və bosniya dillərində çoxlu sayda dərslik yoxdur”.