Son yeniləmə: 7 Sentyabr 2023 13:50
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) və Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısının sədri Hasan Turan çərşənbə günü Kərkük şəhərinə səfəri çərçivəsində Əl-Siyadə Alyansının lideri Şeyx Hamis Hançer ilə görüşüb.
Türkmeneli TV xəbr verir ki, görüşdə Kərkük valisi Rakan Sait Əl-Cubburi və türkmən partiyalarının nümayəndələri də iştirak edib: “Görüşdə ölkədəki mövcud vəziyyət və siyasi proseslər müzakirə olunub. Kərkükün təhlükəsizliyini və sabitliyini dəstəkləmək vurğulanıb. Milli qazancların qorunub saxlanmasının, komponentlər arasında sülh və qardaşlıq birliyinin vacibliyindən danışılıb. Həmçinin bildirilib ki, problemlərin həllində ən təsirli yol dialoqdur”.