Press "Enter" to skip to content

Azərbaycanlı sənətçi beynəlxalq festivalın münsiflər heyətində

Əliqismət Lalayev

BAYRAQDAR MEDİA – Sentyabrın 8-dən 16-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Belarusun Brest şəhərində keçiriləcək XXVII Beynəlxalq “Belaya veja” Teatr Festivalının münsiflər heyətində iştirak edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.

Xəbərdə bildirilir ki, “Rusiya, Bolqarıstan, Qazaxıstan, Sloveniya, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrini birləşdirən ənənəvi festivalda həm də Musiqili Teatrın yeganə mono-tamaşası – “Utancaq qız” (F.Dostoyevski) oynanılacaq. Səhnə əsəri sentyabrın 10-u saat 18:00-da tanınmış aktyor, Əməkdar artist Şövqi Hüseynovun ifasında Brest Akademik Dram Teatrının səhnəsində təqdim olunacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Ə.Lalayev olan bu səhnə əsəri indiyə qədər bir çox nüfuzlu beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb”.

Mission News Theme by Compete Themes.