Son yeniləmə: 6 Sentyabr 2023 14:15
BAYRAQDAR MEDİA – Son günlər Quzey Makedoniyada Onkoloji klinika ilə bağlı səslənən qalmaqallı iddialardan sonra paytaxt Skopyedə ictimaiyyət etiraz aksiyası keçirib.
Yeni Balkan xəbər verir ki, Baş nazir binasının qarşısına toplaşan, “qatillər” şüarları səsləndirən izdiham “Pul üçün öldürürsünüz”, “Onkoloji qırğın”, “İnsan həyatı nə qədər dəyərlidir” kimi şüarlar tutublar.
Bildirilib ki, “nümayişçilər bu hadisədə əli olan hər kəsin ədalət qarşısında cavab verməli olduğunu bəyan ediblər. Aksiya iştirakçıları baş nazirlikdən prokurorluğa, oradan isə Səhiyyə Nazirliyinə doğru irəliləyib”.