Son yeniləmə: 6 Sentyabr 2023 12:37
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində Şampiyon Melekleri Yaşatma Derneğinin rəhbəri Ruşen Karakaya, təhsil yönümlü layihələr üzərində işləməyə davam etdiklərini bildirib.
Kibris Postası xəbər verir ki, Şampiyon Melekleri Yaşatma Derneği fevralın 6-da həyatlarını itirənlərin adını yaşatmaq üçün təhsil yönümlü layihələrini həyata keçirmək üçün səylərini davam etdirir: “Bu çərçivədə dərnək 70 uşağa veriləcək təhsil təqaüdü üçün 4 su şirkəti ilə protokol imzalayıb”.
Ədalət naminə sona qədər mübarizəyə davam edəcəklərinin vurğulayan R.Karakaya, çempion mələklərin xatirələrinin digər uşaqların həyatına toxunaraq yaşatılacağını bildirib.