Son yeniləmə: 6 Sentyabr 2023 12:11
BAYRAQDAR MEDİA – Qazaxstanda pulsuz tibbi yardımın zəmanətli paketinə nələrin daxil olacağı bəlli olub.
Kazinform xəbər verir ki, pulsuz tibbi xidmətin zəmanətli paketinə aşağıdakılar daxildir: “Təcili tibbi yardım, o cümlədən tibbi aviasiya; yoluxucu xəstəliklər mərkəzlərində diaqnostika, müalicə, profilaktik müayinələr, sanitar-epidemiya əleyhinə və sanitar-profilaktik tədbirlər də daxil olmaqla ilkin səhiyyə xidməti; QİÇS infeksiyası və vərəmin profilaktikası və diaqnostikası, təcili yardım xidmətləri, sosial əhəmiyyətli və xroniki xəstəliklərin diaqnostikası və müalicəsi daxil olmaqla ixtisaslaşmış ambulator tibbi yardım; stasionar şəraitdə, o cümlədən sosial əhəmiyyətli və xroniki xəstəliklərin müalicəsi zamanı ixtisaslaşmış tibbi yardım; evdə xəstəxana xidmətləri; stasionar şəraitdə, o cümlədən ətrafdakılar üçün təhlükə yaradan yoluxucu, parazitar xəstəliklərin müalicəsi və onlara şübhə ilə bağlı ixtisaslaşdırılmış tibbi yardım”.
Bundan başqa profilaktik peyvəndlərin aparıldığı xəstəliklərin siyahısına və ambulator şəraitdə ixtisaslaşdırılmış tibbi yardıma uyğun olaraq ƏSMM-ə təcili və ixtisaslaşdırılmış yardımın göstərilməsində dərman vasitələri, o cümlədən tibbi təyinatlı vasitələr, immunobioloji dərman vasitələri ilə təmin edilməsi də bu sıraya aiddir.