Press "Enter" to skip to content

Ombudsmanlar arasında əməkdaşlıq müqaviləsi

BAYRAQDAR MEDİA – Qırğızıstan və Türkiyə ombudsmanları insan hüquqlarının müdafiəsi və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinə dair anlaşma memorandumu imzalayıblar.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, Qırğızıstan Ombudsman qurumunun 4 sentyabr 2023-cü il tarixli bəyanatına görə, Qırğızıstanın İnsan Hüquqları üzrə Müvəkkili Camilya Camanbayeva ilə Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç iki ölkə arasında insan hüquqlarının müdafiəsi və bu sahədə əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalayıblar: “İmzalanan sənəddə insan hüquqlarının müdafiəsi ilə bağlı ümumi qəbul edilmiş prinsiplərə və beynəlxalq standartlara uyğun birgə fəaliyyət nəzərdə tutulur. Müqavilə çərçivəsində iki ölkənin ombudsmanları tərəfindən Qırğızıstan və Türkiyə vətəndaşları üçün birgə qəbulların təşkili nəzərdə tutulub. Digər tərəfdən, tərəflərin hüquq və azadlıqların məlum pozuntuları barədə bir-birini vaxtında məlumatlandırmaq və pozulmuş hüquqların bərpasına köməklik etmək barədə razılığa gəldiyi bildirilib”.

Mission News Theme by Compete Themes.