Press "Enter" to skip to content

Muxtarlığa namizədlər meydanlarda

Muxtarlığa namizədlər

Son yeniləmə: 6 Sentyabr 2023 11:46

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə 2024-cü ilin martında yerli seçkilər keçiriləcək. Həmin seçkilərdə Eskişehirdə muxtar olmaq istəyənlər isə aylar əvvəl namizədliyini açıqlayıb. Artıq namizədlər yerlərdə və sosial şəbəkələrdə fəal təbliğat aparırlar.

Eskişehir.net xəbər verir ki, bu istiqamətdə ilk addım atanlardan biri Mücahit Kırdaş olub: “Qızğın bir kampaniya aparan M.Kırdaş, Emek Mahallesində muxtarlığa namizəddir. Eskişehirin ən böyük məhəlləsini idarə etməyə can atan M.Kırdaş sakinlərlə görüşlər keçirib”.

Məlumata əsasən, digər fəal namizəd Sedat Dedebağıdır: “O, 71 Evlər Mahallesində muxtarlığa namizəddir. S.Dedebağı sentyabrın 3-də Ertaş küçəsində, Açelya tramvay dayanacağı ilə üzbəüz bir yığıncaq keçirib”. Namizədlərdən biri isə Esentepe İlçesində muxtar olmaq istəyən Hüseyn Olucakdır: “O, “10 ildir esnaf olaraq çalışdığım Esentepe Mahalında 2024-cü il seçkilərində varam” deyərək namizəd olub. Amma Esentepeyə daha bir iddiaçı var. Yasemin Öncel də muxtar namizədi kimi iddialı kampaniya aparır”.

Məlumata görə, 75. Yıl Mahalında da iki namizəd var: “Zeliha Dönertaş və Özlem Değirmenci muxtar olmaq üçün yarışırlar”.

Mission News Theme by Compete Themes.