BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Xəbəri sentyabrın 5-də Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamla Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü km-dən başlayacaq işin görülməsi üçün 2023-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılacaq.