Press "Enter" to skip to content

Kərkükdə gərginlik davam edir

Kərkükdə gərginlik

Son yeniləmə: 5 Sentyabr 2023 09:46

Kürd nümayişçilərin təşkil etdiyi nümayişlər zamanı polis və təhlükəsizlik qüvvələrinə hücum edilib

BAYRAQDAR MEDİA – Kərkükdə gərginlik davam edir. Bu arada Kərkükün Şorca bölgəsində KDP kürd nümayişçilərinin təşkil etdiyi nümayişlər zamanı polis və təhlükəsizlik qüvvələrinə hücum edildiyi bildirilib.

Türkmeneli TV xəbər verir ki, ilk təsbitlərə görə 7 polis əməkdaşı yaralanıb, 1 zabit rütbəli polis məmuru şəhid olub.

Bildirilib ki, qarşıdurmalardan sonra hadisə yerinə çoxlu sayda hərbi qüvvə cəlb edilib.

İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turan Kərkükdəki son hadisələrlə bağlı Twitter-dəki paylaşımında bütün tərəflərə çağırış edib. O, Kərkükdə dinc həyat, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün bütün tərəfləri sakit və ağıllı hərəkət etməyə dəvət edib və baş nazir Muhammet Şiya Es-Sudanini Kərkükə səfər etməyə çağırıb.

Mission News Theme by Compete Themes.