Press "Enter" to skip to content

Holland yazıçıdan Azərbaycana dəstək

Henri Van Rens

Son yeniləmə: 6 Sentyabr 2023 13:04

BAYRAQDAR MEDİA – Holland yazıçı-publisist Henri Van Rens bu ölkədəki Azərbaycan icmasının Haaqa Ədalət Sarayının önündə keçirdiyi dinc aksiyanı dəstəkləyib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata əsasən, yazıçı Azərbaycan tərəfdarı olduğunu və bunu gizlətmədiyini bildirib: “Azəbaycanın 30 il ərzində Ermənistan tərəfindən işğala və təcavüzə məruz qaldığını qeyd edən yazıçı Niderlandın bəzi kütləvi informasiya vasitələrinin və jurnalistlərinin açıq-aşkar ermənipərəst mövqe tutmalarını, Azərbaycanla-Ermənistan sərhədində baş verənləri birtərəfli və qərəzli şəkildə işıqlandırmalarını tənqid edib. Henri Van Rens bildirib ki, Azərbaycanlı dostları kimi o da Azərbaycan dövlətinin regionda sülhün bərqərar olması üçün göstərdiyi səylərinin müsbət nəticə verəcəyinə inanır”.

Məlumatda qeyd edilib ki, “Henri Van Rens dünyanı avtomobili ilə dolaşan yazıçı-publisist və səyyahdır. 2009-cu ildən etibarən hər il Azərbaycana səfər edir və ölkəmizin bütün bölgələrini qarış-qarış gəzir. 2020-ci ildəki parlaq zəfərimizdən sonra işğaldan azad edilmiş Ağdamı ziyarət edib və Ermənistanın işğal illərində Azərbaycanın qədim torpaqlarında törətdiyi vəhşiliklərin canlı şahidi olub. Niderlandlı yazıçı Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan diasporunun Vyananın məşhur Heldenplatz meydanında “Xocalıya ədalət!” tələbi ilə keçirdiyi 26 fevral 2023-cü il tarixli Ümumavropa Qarabağ mitinqində çıxış edərək, dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb və bu qanlı qırğını törədən erməni canilərinin məsuliyyətə cəlb olunmasını tələb edib”.

Mission News Theme by Compete Themes.