Press "Enter" to skip to content

Ermənistan tərəfi yenə yalan məlumat yayır

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA- “Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır”.

Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Məlumatda həmçinin, “Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.