Press "Enter" to skip to content

Energetika Nazirliyi ilə bağlı daha bir yenilik

Son yeniləmə: 5 Sentyabr 2023 12:50

Nazirlik tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmətlərin göstərilməsinə başlanılıb

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasinin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.21-ci bəndinə uyğun olaraq,2023-cü ilin 4 sentyabr tarixindən Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində müvafiq xidmətlərin göstərilməsinə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 5-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə sənədlərin qəbulu və hazır icazələrin verilməsi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri nazirliyin əməkdaşları tərəfindənhəyata keçiriləcək.

Mission News Theme by Compete Themes.