BAYRAQDAR MEDİA – “Meyvə və süd” məktəb proqramı çərçivəsində yeni tədris ilində Bolqarıstanda təxminən 430 min şagirdə meyvə-tərəvəz və süd məhsulları pulsuz veriləcək.
Bu barədə Radio Bolqarıstan məlumat verib.
Məlumatda deyilir ki, şagirdlərə ənənəvi üsullarla istehsal edilən məhsullarla yanaşı, orqanik məhsullar da təklif olunacaq: “İndiyədək 101 meyvə-tərəvəz, süd və süd məhsulları tədarükçüsü Dövlət “Zemedeliye” Kənd Təsərrüfatı Fondundan razılıq alıb”.