BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu elan edir.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “yaşı 18-dən yuxarı rəssamlar və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsərlərin fotosu ilə bərabər əsərin adı, soyad, ad, təvəllüd, peşə və əlaqə nömrəsini qeyd edərək duygular2023@gmail.com ünvanına göndərməklə sərgidə iştirak edə bilərlər. Bundan əlavə, iştirak etmək istəyənlər uşaqkən çəkdikləri rəsm varsa, onunla da qatıla bilərlər. Sərgilənən əsərlər isə geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq”.
Qeyd edək ki, əsər qəbulu üçün son tarix oktyabrın 5-dir.