Press "Enter" to skip to content

Naxçıvan istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvanın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb”.

Mission News Theme by Compete Themes.