BAYRAQDAR MEDİA – Bu xəbəri “Azad İran” Telegram kanalı İnsan Haqları Təşkilatının Statistika və Sənədlər Mərkəzinə istinadla yayıb.
Xəbərdə deyilir ki, “Təşkilatın statistikasına görə, bu ilin avqust ayında İran hökuməti tərəfindən 264 nəfər həbs edilib”.
Həbs edilənlər arasında 20 Güney Azərbaycanlı fəal və etirazçının da adı var. Milli fəalların əksəriyyəti Urmu gölünün vəziyyəti ilə bağlı etirazlarına görə həbs ediliblər.