Press "Enter" to skip to content

Dünyanın diqqəti Soçidə

Görüş zamanı

Erdoğan-Putin görüşü başlayıb

BAYRAQDAR MEDİA – Bu gün bütün dünyanın diqqəti Rusiyanın Soçi şəhərinə yönəlib. Çünki bu şəhərdə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Anadolu Ajansı xəbər verir ki, iki lider Rusiya sanatoriyasında baş tutan görüşün əvvəlində açıqlama verib.

Türkiyə-Rusiya münasibətlərində çox fərqli bir dönəmə qədəm qoyulduğunu ifadə edən R.T.Erdoğan, “xüsusilə də Rusiya ilə Ukrayna arasında müharibənin bu mərhələsində bu səfəri etdiyim və bu dəvəti sizin tərəfinizdən edildiyi üçün çox şadam” deyib.

Türkiyə Cümhurbaşqanı həmçinin, “Türkiyə ilə Rusiya arasında mövcud olan xarici ticarət həcmi 62 milyard dollar olması və 100 milyard dollarlıq hədəfə doğru getdiyimiz üçün həqiqətən xoşbəxtik. Hesab edirəm ki, Mərkəzi Bank prezidentlərimizin bu gün burada görüşü və onların bir-biri ilə ayrı-ayrılıqda görüşməsi də ikitərəfli münasibətlərimizdə milli valyutaya addım atmaq baxımından əhəmiyyətlidir” deyə əlavə edib.

R.T.Erdoğan iki ölkə arasında Akkuyu Atom Enerji Stansiyasının tikintisi, turizm sahəsində gələcək əməkdaşlıq, enerji məsələləri və s. istiqamətdə atılan addımlarla bağlı da önəmli açıqlamalar verib.

Rusiya Prezidnti Vladimir Putin isə “Türkiyə ilə həm qaz, həm də digər sahələrdə yaxın zamanlarda mühüm addımlar atacağıq”deyib.

O, “R.T.Erdoğanla Ukrayna böhranını müzakirə edəcəyik. Siz taxıl anlaşmasını gündəmə gətirəcəksiniz, biz bu danışıqlara açığıq” deyə əlavə edib.

Görüş sonra mətbuata qapalı şəkildə davam edib.

Mission News Theme by Compete Themes.