Son yeniləmə: 4 Sentyabr 2023 14:10
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu qazilərin müalicəsi üçün fəaliyyətini davam etdirir.
Bu arada bəlli olub ki, 2 ilə yaxındır “YAŞAT” Fondu tərəfindən bütün müalicə xərcləri qarşılanan qazi Elsevər Ağayev keçirdiyi əməliyyatlar və müalicə prosesindən sonra sağlamlığına qovuşub.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, uğurlu müayinə nəticəsində onun ayağının amputasiya təhlükəsi aradan qalxıb.