Press "Enter" to skip to content

Ceyhun Bayramov Macarıstana rəsmi səfərə gedib

Ceyhun Bayramov

BAYARQDAR MEDİA – Sentyabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Nazir Ceyhun Bayramov səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcəkdir.

Mission News Theme by Compete Themes.