Press "Enter" to skip to content

Bu böhran və qarşıdurmaların bir hədəfi var

Dr. Yücel Karauz

Son yeniləmə: 4 Sentyabr 2023 11:05

Dr. Yücel Karauz: Bütün dünya bilsin ki, Türkiyə bu oyunları, maraqlarına qarşı yönələn addımları cavabsız qoymayacaq

BAYRAQDAR MEDİA – “Daha öncə də qeyd etdiyimiz kimi dünyadakı qarşıdurma və böhran nöqtələri getdikcə daha da artır. Təəssüflər olsun ki, Türkiyənin həm fiziki, həm də könül coğrafiyasındakı yerlərdə də böhranlar və qarşıdurma riskləri artır. Yəni, bəlli xarici güclər bəhs edilən coğrafiyalarda eyni vaxtda böhran yaradır, eyni anda bu böhranı qarşıdurma həddinə çatdırır, həmçinin, bundan öz lehlərinə yararlanmaq istəyirlər”.

Bunu beynəlxalq aləmdə baş verən son prosesləri BAYRAQDAR MEDİA-ya üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

İstədikləri vaxt istədikləri nöqtələrdə böhran yaradır, istədikləri vaxt müharibəyə yol aça bilirlər

Bəhs edilən proseslərin inkişaf istiqamətinə nəzər alan Dr.Y.Karauz deyib: “Düşünə bilirsinizmi, eyni gündə həm Qarabağda ermənilər Azərbaycanın ərazi bütövlüyünə qarşı terror aktları və hərbi təxribatlar törədir, həm Kərkükdə vəziyyət gərginləşdirilir və türk yurdu Kərkük İraq sərhədləri daxilində demoqrafik olaraq dəyişdirilməyə çalışılır. Eyni zamanda, bəzi xarici güclər Suriya sərhəddindəki Deyrizorda mövcud vəziyyəti öz lehlərinə yönəltmək, bölgəni bir məzhəb çatışmaları sahəsinə çevirmək üçün fəaliyyətə keçirlər. Bunların heç biri təsadüfi deyil. Dolayısı ilə, son hadisləri bu cür təhlil edə bilərik – Bəlli xarici güclər istədikləri vaxt istədikləri nöqtələrdə böhran yaradır, istədikləri vaxt müharibəyə yol aça bilirlər. Keçmişdə biz bunları tam anlamırdıq. Amma artıq hər şeyi bütün reallığı ilə müşahidə edə və nəticə çıxara bilərik”.

Ermənistanın son təxribatları, bu təxribatları sifariş edən xarici güclər cavabsız qalmayacaq

Türkiyəli general deyib ki, son sadalanan hadisələrin ünvanı kimi, Türkiyə seçilib: “Yəni, ayrı-ayrı ərazilərdə törədilməsinə baxmayaraq, bütün bu böhran və qarşıdurmaların bir hədəfi var. O da Türkiyənin maraqlarına qarşı addımlar atmaq. Lakin bütün dünya bilsin ki, Türkiyə bu oyunları, maraqlarına qarşı yönələn addımları cavabsız qoymayacaq. Xüsusilə də Ermənistanın son təxribatları, bu təxribatları sifariş edən xarici güclər cavabsız qalmayacaq”.

Soçidə müzakirə ediləcək əsas məsələlərdən biri də ermənilərin törətdiyi son təxribatlar olacaq

Qeyd olunub ki, bu baxımdan sentyabrın 4-də Vladimir Putinlə Recep Tayyip Erdoğan arasında keçiriləcək Soçi görüşü bütün dünyanın diqqət mərkəzində olacaq: “Bu görüş zamanı müzakirə ediləcək əsas məsələlərdən biri də ermənilərin törətdiyi son təxribatlar olacaq. Putin-Erdoğan görüşündə müzakirə ediləcək digər vacib məsələ Suriyadakı mövcud durum olacaq. Bütün dünya bilsin ki, Türkiyə güneyində bir terror dövlətinin yaradılmasına imkan verməyəcək. Bu kontekstdə də ərazidəki terror yuvalarına qarşı havadan zərbələrin vurulması davam edir. Lazım gələndə isə bu hava hərəkatı ilə yanaşı quru hərəkatı da reallaşdırılacaq”.

Mission News Theme by Compete Themes.