Press "Enter" to skip to content

Azərbaycan Ordusunun mövqeləri yenə də atəşə tutulub

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordsunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Mission News Theme by Compete Themes.