Press "Enter" to skip to content

200 km-lik “Xınalıq və Köç yolu” Qoruğu yaradılır

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – “Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri vardır”.

Bu sözlər Prezidentin Mətbuat xidmətinin sentyabrın 4-də yaydığı xəbərdəndir.

Xəbərdə deyilir ki, Prezident İlham Əliyev sözügedən ərazidə Qoruq yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamla “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu (bundan sonra – Qoruq)” elan edilir.

Eyni zamanda Nazirlər Kabineti və Dövlət Turizm Agentliyinə gərəkli tədbirlərin görülməsi də tapşırılır.

Mission News Theme by Compete Themes.