BAYRAQDAR MEDİA – Sentyabrın 2-də saat 13:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “aksiya “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən filialında təşkil olunacaq. Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər”.