BAYRAQDAR MEDİA – Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “bunun nəticəsində Azərbaycanın daha iki hərbi qulluqçusu yaralanıb. Hazırda qeyd olunan istiqamətdə Azərbaycan bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür”.