Press "Enter" to skip to content

Quzey Makedoniya yeni dərs ilinə hazırdır

Yeton Şakiri

Son yeniləmə: 1 Sentyabr 2023 13:59

BAYRAQDAR MEDİA – Sentyabrın 1-də Quzey Makedoniyada yeni tədris ili başlayır.

Yeni Balkan xəbər verir ki, dərs ilinə hazırlıq başa çatıb.

Quzey Makedoniyanın təhsil və elm naziri Yeton Şakiri 2023-2024-cü tədris ilinin sentyabrən 1-də başlayacağını və 17 iyun 2024-cü il tarixinədək davam edəcəyini bildirib. Keçirilən mətbuat konfransında o, yeni tədris ilində bütün müəllim və tələbələrə uğurlar arzulayıb.

Nazir dərsliklər bağlı məsələyə də aydınlıq gətirib: “Üçüncü sinif dərslikləri təsdiqlənib, onların çapı və yayımı prosesləri davam edir. Bütün fənlər də təsdiqlənib və texniki-qrafik redaktə və çap mərhələsindədir. Eyni şey Milli Dərslik Komissiyası tərəfindən təsdiqlənmə mərhələsində olan altıncı sinif dərsliklərinə də aid olacaq. Müəyyən müəlliflərdən sonradan apellyasiya proseduru ola bilər, lakin sentyabrın sonuna qədər dərsliklər bütün şagirdlərə çatdırılacaq”.

O da qeyd edilib ki, bu tədris ilində ilk dəfə olaraq ibtidai və yuxarı sinif şagirdləri aprelin 29-dan mayın 5-dək yaz tətilinə çıxacaqlar.

Mətbuat konfransında nazir IPA fondları vasitəsi və AB-nin dəstəyi ilə hazırlanmış yeni elektron gündəliyin tətbiq olunduğu xəbərinə də toxunub. O, bu tətbiqin sınaq mərhələsində olduğunu və paralel idarəetmə təhsili verildiyini bildirib.

Mission News Theme by Compete Themes.