Son yeniləmə: 1 Sentyabr 2023 12:43
BAYRAQDAR MEDİA – Ukraynanın paytaxtı Kiyevdə ukraynalı rəssam Dmitro Dotsenkonun Krım tatarlarının həyatından bəhs edən “Qonşuluq” adlı sərgisinin açılışı olub.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Zincir Mədəniyyət və İncəsənət Layihəsinin sosial media səhifəsində edilən açıqlamada ukraynalı rəssam Dmitro Dotsenkonun “Qonşuluq” adlı sərgisinin Krım tatarlarının həyatından müxtəlif hissələri əks etdirən 18 sənət əsərindən ibarət olduğu vurğulanıb: “Sərgi Krım tatarları üçün öz vətənlərində xoşbəxt və dinc həyat obrazını canlandırmaq məqsədi daşıyır”.