Press "Enter" to skip to content

Qazaxıstan Prezidentindən önəmli mesajlar

Qasım-Jomart Toqayev

Son yeniləmə: 1 Sentyabr 2023 11:20

Qasım-Jomart Toqayev: Tərəfdaş ölkələrlə gücümüzü birləşdirməliyik

BAYRAQDAR MEDİA – “Transxəzər marşrutu bizim tranzit potensialımızın gücləndirilməsində mühüm rol oynamalıdır. Ortamüddətli perspektivdə bu dəhliz üzrə daşımaların həcmi 5 dəfə artırıla bilər. Bunun üçün tərəfdaş ölkələrlə – Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik”.

Bunu Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev sentyabrın 1-də Qazaxıstan parlamentinin hər iki palatasının birgə iclasındakı çıxışı zamanı xalqa müraciətində deyib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, “Ədalətli Qazaxıstanın iqtisadi kursu” başlıqlı müraciətdə Qasım-Jomart Toqayev bildirib ki, “Baxtı keçidində yeni “quru liman”ın tikintisi, Aktauda konteyner qovşağının tikintisinin sürətləndirilməsi, Orta dəhliz boyunca Qara dənizdə liman qurğularının genişləndirilməsi planlaşdırılır. Artıq Çinin Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisinə başlanılıb”.

“Bunlar Çinin “Bir kəmər və yol” meqa-layihəsinin bizim milli təşəbbüslərimizlə necə əlaqələndirilməsinin real nümunələridir. Nəqliyyat potensialının reallaşması istisnasız olaraq bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya, Çin, Mərkəzi və Cənubi Asiyada mehriban qonşularımızla konstruktiv və mehriban qonşuluq münasibətlərimizdən asılıdır” deyə Qazaxıstan dövlət başçısı əlavə edib.

Mission News Theme by Compete Themes.