Son yeniləmə: 1 Sentyabr 2023 13:09
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarından Ermənistan silahlı qüvvələri sərhəd bölgələrindən Azərbaycana intensiv hücumlar edir. Bununla bərabər Ermənistan təbliğat maşını yalan məlumatlar yaymaqla dünya ictimaiyyətini çaşdırmağa çalışır.
Məsələylə bağlı Azərbaycan Müdafiə Nazirliyi qısa açıqlama verərək Ermənistanın əsassız xəbərlərini yalanlayıb.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır”, – deyə MN-in BAYRAQDAR MEDİA-ya daxil olan açıqlamasında bildirilir.