BAYARQDAR MEDİA – Sentyabrın 1-də Milliyyətçi Hərəkat Partiyasının MHP-nin 14-cü İl Konqresi keçiriləcək.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, MHP-nin İstanbul İl sədri Sertel Selim bununla bağlı açıqlama yayıb.
Partiya üzvlərinin və istanbulluların dəvət olunduğu konqresin saat 14.00-da başlayacaq və “Wow Hotel Yeşilköy”də keçiriləcəyi bildirilib.
Qurultayla bağlı elanda aşağıdakı ifadələr yer alıb: “Hörmətli üzvlər, hörmətli vətəndaşlar, 1 sentyabr cümə günü keçiriləcək “Cümhuriyyətin Yeni Əsri, Türk və Türkiyə Əsri” mövzusunda 14-cü İl konqresimizdə iştirakınızdan qürur duyuruq”.