Press "Enter" to skip to content

AZAL Cahangir Əsgərovdan qurtuldu!

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Cahangir Calal oğlu Əsgərovun “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Xəbəri sentyabrın 1-də Prezidentin Mətbuat xidməti yayıb.

Bununla da illərdir Azərbaycan mülki havaçılıq sisteminin ciddi tənqidlərə məruz qalmasına səbəb olan şəxs – Cahangir Əsgərov vəzifəsindən uzaqlaşır.

Sərəncamla AZAL-ın “yeni prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə” həvalə edilib.

Mission News Theme by Compete Themes.