Press "Enter" to skip to content

Azərbaycan Ordusu legitim hərbi hədəfləri nişan alır

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Gün ərzində Ermənistan silahlı qüvvələrinin artilleriya da daxil olmaqla ağır silahlardan istifadə edərək Azərbaycanı atəşə tutması az imiş kimi, qarşı tərəf yalan informasiya yaymağa da davam edir. Bu dəfəki yalanda iddia edir ki, Azərbaycan silahlı bölmələri Ermənistan əhalisi üçün təhlükə təşkil edir.

Azərbaycan Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdə isə bunun belə olmadığı, Ermənistanın növbəti dəfə yalan yaydığı bildirilir: “Azərbaycan Ordusu bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur. Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur”.

Mission News Theme by Compete Themes.