Press "Enter" to skip to content

Zakir Həsənov qardaş Türkiyənin Zəfər Bayramında iştirak edib

Bayram tədbiri

BAYRAQDAR MEDİA – Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub”.

Mission News Theme by Compete Themes.