BAYRAQDAR MEDİA – Meşə yanğınlarının qarşısının alınması məqsədilə 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Beyləqan rayonunun 5 saylı meşəbəyliyində “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib”.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.