Press "Enter" to skip to content

Törədilmiş cinayətlə bağlı araşdırma aparılır

Xarici İşlər Nazirliyi

XİN-dən Azərbaycanın Livandakı səfirliyinə qarşı vandallıq aktı barədə məlumat

BAYRAQDAR MEDİA – Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 31-də XİN-dən məlumat verilib.

Bildirilib ki, “hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir”.

Məlumata əsasən, hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.

Mission News Theme by Compete Themes.